Mikayıl Cabbarov Slovakiyaya işgüzar səfər edib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov Slovakiyaya işgüzar səfər edib - FOTO

19:24 - 10 / 04 / 2024
Mikayıl Cabbarov Slovakiyaya işgüzar səfər edib - FOTO

Slovakiyanın hökumət rəsmiləri ilə müxtəlif sahələr üzrə tərəfdaşlıq potensialının reallaşdırılması imkanlarına dair müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyaya işgüzar səfər edib.

Səfər çərçivəsində Slovakiyanın Baş naziri Robert Fitso iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib, həmçinin, Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova, Slovakiya Milli Şurasının sədr müavini, sədrin vəzifələrini icra edən Peter Jiqa ilə görüşlər keçirilib.

Slovakiya rəsmiləri ilə aparılan müzakirələrdə iki ölkə arasında əlaqələrin mühüm istiqamətlər üzrə genişləndiyi vurğulanıb. Qeyd olunub ki, qarşılıqlı səfərlər, keçirilən tədbir və görüşlər, aparılan müzakirələr Azərbaycan-Slovakiya əməkdaşlığının möhkəmləndirilməsində önəm kəsb edir. Slovakiya ilə ticarət, enerji, investisiya, sənaye, Ələt Azad İqtisadi Zonası, humanitar və digər istiqamətlər üzrə səmərəli işbirliyi üçün geniş imkanlar diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi üçün təşəbbüslərin, o cümlədən, qarşılıqlı ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsinin önəmi qeyd olunub. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələri tərəfdaş ölkələrin enerji təminatına töhfə verir və bu kontekstdə enerji əməkdaşlığı Slovakiya ilə münasibətlərdə prioritetlərdəndir.

Görüşlərdə ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan fürsətlər, birgə layihələrin reallaşdırılması potensialı haqqında məlumat verilib.

Tərəflər enerji, ticarət və investisiya əməkdaşlığının təşviqi və birgə layihələrin reallaşdırılması, sənaye, kənd təsərrüfatı, turizm, innovasiyalar sahələrində təşəbbüslərin dəstəklənməsi, “yaşıl” enerjiyə keçid istiqamətində birgə fəaliyyət, həmçinin, Slovakiyanın ölkəmizin iştirakçısı olduğu enerji layihələrinə qoşulması imkanlarını nəzərdən keçiriblər.

Paylaş:
159

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər