Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO

Qafar Ağayev16:51 - 17 / 04 / 2024
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən "HAZIRLIQ-1" komandası ilə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Eyni zamanda, ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə (HHM) bölmələri döyüş tapşırığına əsasən təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını icra ediblər.

2 nömrəli hazırlıqda olan aviasiya vasitələrinin heyətləri ilə uçuşdan əvvəl brifinq keçirilərək şəxsi heyət qarşısında döyüş tapşırıqları qoyulub. Uçuş heyətləri tərəfindən Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, çoxqat və çoxhədli hava hücumundan müdafiə sisteminin dəf edilməsi üçün müxtəlif manevrlər yerinə yetirilib.

Təlimə cəlb olunan HHM bölmələrinin döyüş növbətçiliyində olan Kəşfiyyat və Hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunub, qiymətləndirilib, emal edilərək komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb.

Hava vəziyyətinin qiymətləndirilməsi Radiolokasiya bölmələri ilə yanaşı, Bayraktar TB2 və Vizual Müşahidə Postlarından alınmış məlumatlar əsasında aparılıb.

Komandir və döyüş heyətləri real döyüş şəraitində hədəflərin ardıcıl olaraq məhvetmə zonasına girmə ardıcıllığının, onlar arasında vaxt intervallarının hesablanması, müxtəlif hündürlük diapozonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən şərti hava düşməninin məhv edilməsi, düşmənin kiçik ölçülü az sürətli PUA-lara qarşı HHM bölmələrinin fəaliyyəti üsulları üzrə məşq etdirilib.

Eyni zamanda, birlik, birləşmə, hissə və bölmələrin dislokasiya məntəqələri və döyüş mövqelərinin mini və mikro pilotsuz uçuş aparatlarının hücumlarından mühafizə olunması məqsədilə yerinə yetirilən aktiv tədbirlər çərçivəsində radiomaneə vasitələrindən istifadə olunub.
Taktiki-xüsusi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib və bölmələr arasında birgə fəaliyyətin uzlaşmasına nail olunub.

Paylaş:
104

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaqBu gün, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilibBu gün, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilibBu gün, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıbBu gün, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıbBu gün, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEOBu gün, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunubBu gün, 16:39Lənkəranda baş verən qəzada piyada ölübBu gün, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38
Bütün xəbərlər