Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEO

Qafar Ağayev11:12 - 18 / 04 / 2024
Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub:

"Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideyinlərinin iştirakı ilə Polis Şöbəsinə gətirilib.

Hadisəni törədən azyaşlıların valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcək".

Paylaş:
84

Son xəbərlər

Ağacların qanunsuz kəsilməsinə görə təbiətə 57 min manatdan çox ziyan vurulubBu gün, 12:11Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTOBu gün, 12:10İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 1Bu gün, 12:08AMB sədri 2024-cü ildə neftin proqnozlaşdırılan orta qiymətini açıqladıBu gün, 12:012024-cü ilin sonu üçün Azərbaycanda iqtisadi artım nə qədər proqnozlaşdırılır? - AMB sədri açıqladıBu gün, 11:47Taleh Kazımov: “Kredit faizləri artmayıb”Bu gün, 11:46İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidirBu gün, 11:32AMB sədri bu ilin sonuna proqnozlaşdırılan əməliyyatlar balansını açıqladıBu gün, 11:24Yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayıb - YENİLƏNİBBu gün, 11:06Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqikBu gün, 10:53Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olubBu gün, 10:46Prezident: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olubBu gün, 10:35“McDonald's Azərbaycan” internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTOBu gün, 10:15Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı! - FOTOBu gün, 10:14Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıbBu gün, 10:03Azərbaycanlı şagird Sidneydə olimpiadada qalib olubBu gün, 09:58Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 09:46AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:44Motoverse 1 yaşında! - FOTO - VİDEOBu gün, 09:33Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:27
Bütün xəbərlər