Azərbaycan Prezidenti “China Poly Group” Korporasiyasının sədri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti “China Poly Group” Korporasiyasının sədri ilə görüşüb – FOTO

11:42 - 25 / 04 / 2019
Azərbaycan Prezidenti “China Poly Group” Korporasiyasının sədri ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində "China Poly Group" Korporasiyasının sədri Su Nianşa ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, korporasiyanın sədri Su Nianşa Dünya İqtisadi Forumu çərçivəsində Davosda Azərbaycan Prezidenti ilə görüşünü xatırlayaraq bu görüşün onda böyük təəssürat yaratdığını bildirdi. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq qurduğunu və ölkəmizdə fəaliyyətlərini genişləndirməkdə maraqlı olduqlarını söylədi.

Prezident İlham Əliyev Azərbaycanda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd etdi. Son illərdə turizm sektorunda böyük inkişafın və artımın müşahidə edildiyini deyən dövlətimizin başçısı viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi sayəsində Çindən ölkəmizə turist axınının sürətləndiyini bildirdi.

Söhbət zamanı əməkdaşlığın müxtəlif sahələri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.                     

S.Xankişiyeva

Paylaş:
464

Son xəbərlər

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər