Bank Respublika startaplar üçün treninq keçirdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Respublika startaplar üçün treninq keçirdi – FOTO

14:32 - 18 / 07 / 2018
Bank Respublika startaplar üçün treninq keçirdi – FOTO

Startaplar hər zaman biznesə təkan verən qüvvə olub.

Məlumdur ki, bir çox böyük biznes ideyaları zamanında adi startap kimi başlayıb. Orijinal ideya və mükəmməl komanda ilə yanaşı, startapı inkişaf etdirmək üçün özünü bəyan etmək bacarıqı da tələb olunur: layihəni elə təqdim etmək lazımdır ki, insanlarda maraq oyansın, bununla belə startap reallığa maksimum dərəcədə yaxın olmalıdır.

Bu məqsədlə, Bank Respublika Azərbaycan İqtisad Universitetində təhsil alan tələbələr tərəfindən yaradılmış startaplar üçün Qusar şəhərində 3 günlük təlim təşkil edib.

Tədbirə dəvət olunan ekspertlər 3 gün ərzində gənc sahibkarlar üçün İT sahəsindəki son tendensiyalar, müştərilərin və onların ehtiyaclarını daha yaxşı başa düşmək, məhsulların və hədəf qrupunun xarakterik üstünlüklərini müəyyən etmək, qiymətli və unikal təklifi yaratmaq və müştərilərlə iş səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üsullarını izah ediblər. Çevik və interaktiv format, istənilən sualları vermək imkanlı, praktiki tapşırıqlar və iştirakçıların təcrübə mübadiləsi bu tədbiri hər kəs üçün qiymətli və çox maraqlı etdi.

“Təlimin məqsədi iştirakçıların məhsullarını dəyişkən biznes-mühitinə uyğunlaşdırmağın öyrədilməsi, innovasiyaların ön sıralarında yer almaları, uğur qazanmış şirkətlərin istifadə etdikləri metodika və vasitələrindən faydalanıb məhsulları inkişaf etmək üçün operativ qərarların qəbul edilməsidir.  Bu 3 gün ərzində istedadlı gənclərimizə dəstək vermək, onlarla fikir və təcrübə mübadiləsini aparmaq bizim üçün sevindirici oldu. Bankımız bundan sonra da yerli startaplara dəstək verməkdə davam edəcək” – deyə Bank Respublikanın Marketinq departamentinin rəhbəri Əli Daşdəmirov qeyd etdi.

Reklam hüququnda

 

Paylaş:
460

Son xəbərlər

Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06
Bütün xəbərlər