Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib – FOTO

10:24 - 15 / 02 / 2019
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib – FOTO

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədəki uşaq evinə baş çəkiblər.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, uşaq evinin direktoru Nazilə İsmayılova hazırda Gəncə şəhər uşaq evi üçün daha bir korpusun inşasının aparıldığını bildirdi. Qeyd edildi ki, tikinti işlərinə ötən ilin dekabrında başlanılıb. Burada iki yataq otağı, qış idman zalı, əmək və istirahət otaqları, yeməkxana və camaşırxana nəzərdə tutulub.

Mehriban Əliyeva uşaq evindəki şəraitlə tanış oldu, müəssisənin azyaşlı sakinləri ilə görüşdü.

Balacalarla səmimi söhbət edən Birinci vitse-prezident onların uşaq evindəki yaşayışı, təhsili ilə maraqlandı.

Uşaqlar da Mehriban Əliyevanın ətrafına toplaşıb istək və arzuları ilə bölüşdülər, oxuduqları kitablardan, maraq göstərdikləri oyunlardan, sevdikləri əyləncələrdən danışdılar.

Uşaqları böyük maraqla dinləyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva onlara yaxşı oxumağı tövsiyə etdi, bilikli və savadlı olmaq üçün təhsillərinə diqqətlə yanaşmalarının əhəmiyyətini vurğulayaraq dedi:

-Çox sağ olun, uşaqlar. Çox sağ olun ki, məni belə gözəl rəqslə qarşıladınız. Çox gözəl oynayırsınız.

Direktor Nazilə İsmayılova: Siz sağ olun, Mehriban xanım. Uşaqların adından Sizə təşəkkür edirik. Hər zaman Sizin isti qəlbinizin məhəbbətini hiss edirik. O qəlbin istiliyini hiss edirik ki, bu uşaqlar 2017-ci ildə Sizin təşəbbüsünüzlə 10 gün Moskva şəhərində oldular, istirahət etdilər, yeni dostlar tapdılar. Minnətdarıq, var olun, Allah Sizi, möhtərəm Prezidentimizi, ailənizi qorusun. Hər zaman dualarımız Sizinlədir.

Mehriban Əliyeva: Çox sağ olun. Bizim bu gözəl balalarımıza öz sevgimi çatdırıram. Bilin ki, siz bizim ölkəmizin gələcəyisiniz, siz mənim üçün çox əzizsiniz. Sizin indi əsas vəzifəniz ondan ibarətdir ki, yaxşı oxuyasınız, bilikli, savadlı olasınız. Çünki Azərbaycanın gələcəyini siz təmin edəcəksiniz. Mən də hər zaman Sizin yanınızdayam.

Nazilə İsmayılova: İnşallah. Çox sağ olun, Mehriban xanım, təşəkkür edirəm.

Qeyd edək ki, bu müəssisə 1997-ci ildən fəaliyyət göstərir və 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub, işıq, qaz və su xətləri yenilənib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. İkimərtəbəli binada 4 yataq otağı, psixoloq, həkim, kompüter, əmək və istirahət otaqları, mətbəx və yeməkxana, böyük idman zalı var. Səksən nəfərlik uşaq evində hazırda 40-ı oğlan, 28-i qız olmaqla, ümumilikdə 68 uşaq tərbiyə alır. Onlardan 14 nəfəri azyaşlı, digərləri isə məktəblidir. Uşaqların təlim-tərbiyəsi ilə 50 nəfərlik işçi heyəti məşğul olur. Binanın həyətində uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün attraksionlar quraşdırılıb, ərazidə yaşıllıq sahələri salınıb.

Sonda xatirə şəkli çəkdirildi.

S.Xankişiyeva

Paylaş:
418

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər