Britaniya səfiri: Azərbaycanın böyük idman oyunları keçirməkdə çox möhtəşəm reputasiyası var | 1news.az | Xəbərlər
İdman

Britaniya səfiri: Azərbaycanın böyük idman oyunları keçirməkdə çox möhtəşəm reputasiyası var

10:52 - 27 / 05 / 2019
Britaniya səfiri: Azərbaycanın böyük idman oyunları keçirməkdə çox möhtəşəm reputasiyası var

Bu həftə britaniyalılar, futbol azarkeşləri, finalda oynayacaq iki ingilis komandası üçün həyacanvericvi həftədir.

1news.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri  Kerol Kroftsu  "Arsenal" və "Chelsea" komandaları arasında keçiriləcək mayın 29-da  Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki,  Azərbaycana səfər edən şəxslərə təqdim edilmək üçün iki  büroşura hazırlanıb, orda bütün məlumatlar əks olunub, o cümlədən səfirliyin konsulluq xidməti ilə necə əlaqə saxlamaq da yazılıb.

O vurğulayıb ki, Britaniya ilə Azərbaycan arasında futbol əlaqələrindən danışanda ağıla ilk gələn Tofiq Bayramov olur.

“1966-cı ildə İngiltərədə keçirilən dunya çempionatında hakim olmuş və mükafat almış, Azərbaycandan olan Tofiq Bayramov bu gün də milli qəhrəman olaraq qəbul edilir. Onun adına Bakıda möhtəşəm stadion var”.

İdmanın yaratdığı bu əlaqələr özünü digər sahələrdə də göstərir. Azərbaycanın belə böyük idman oyunları keçirməsi ilə bağlı təcrübəsi, möhtəşəm reputasiyası vardır”, diplomat deyib.

Britaniya XİN-in Azərbaycana aid yaydığı səyahət tövsiyəsi ilə bağlı sualı cavablandıran  səfir deyib ki, ölkəsi müntəzəm olaraq səyahət tövsiyəsini yeniləyir:

“Son bir neçə ildə Azərbaycanla bağlı səyahət tövsiyəsi əhəmiyyətli dərəcədə dəyişilməyib. Mayın 1 -dəki yenilənmə İstanbul aeroportu ilə bağlı yeni faktın daxil edilməsi ilə əlaqədar.

Bizə də maraqlıdır ki,  Britaniya vətəndaşları hər zaman müxtəlif məqsədlərlə Azərbaycana səfərlər edirlər, Formula 1-də iştirak ediblər, amma həmin tövsiyəyə indiyə kimi heç bir reaksiya olmayıb.

Mühüm məqam budur ki, səyahət tövsiyəsi ona görə yazılıb ki, vətəndaşlarımızın səyahət edəcəkləri ölkədə təhlükəsizlikləri təmin edilsin, hazırlıqlı olsunlar. Bu tövsiyə dünyada olan bütün ölkələr üçün var. Hansı ölkəyə getmələrindən asılı olmayaraq, vətəndaşlarımızın səyahətlərinin  uğurlu olması, səyahətlərindən həzz almaları, sağlam vətnə dönmələri bizim üçün vacibdir. Həmin büroşuralarda da bunlar yazılıb: öz qayğlnıza qalın, əlaqə saxlayın, getdiyiniz yerdə nələr etmək məqbuldur, nələr yox”.

Səfir əlavə edib ki, onun şəxsi qonaqları var ki, həmin şəxslər  bir neçə dəfə Azərbaycana gəliblər:

“burada 400-500 Britaniya şirkəti fəaliyyət göstərir, beş minə yaxın britaniyalı yaşayır. Rəqəm artıb, azala bilər, çünki onların qeydiyyata düşmə məcburiyyəti yoxdur.  Bakıda aktiv fəaliyyət göstərən Britaniya biznes icması var, elə britaniyalı var ki, 20-25 ildir ki, Bakıda yaşayır. Onlar da son 15 ildə paytaxtın yaxşı mənada dəyişməsinə təəccüblənirlər. Bakı nəinki idman oyunlarına, digər beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi edir. Bakıda danışarkən, biz artıq beynəlxalq standartlardan, dünya standartlarına uyğun stadiondan, təchizatdan danışırıq”.

Səfir, həmçinin Azərbaycan xalqını 28 may – Respublika günü münasibətilə təbrik edib.

P.Sultanova

Paylaş:
853

Son xəbərlər

“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər