Daha çox qar yağan ərazilərin adları açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha çox qar yağan ərazilərin adları açıqlandı

11:32 - 19 / 02 / 2019
Daha çox qar yağan ərazilərin adları açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 18-i gündüzdən ayın 19-u səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, fevralın 18-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, əsasən şimal və şərq rayonlarında yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşam saatlarından başlayan yağış fevralın 19-da sulu qara keçib, düşən yağıntının miqdarı 5 mm təşkil edib, bu da aylıq normanın 24 faizidir. Lənkəran-Astara zonasında yağıntının miqdarı 6 mm-dək, Mərkəzi-Aran rayonlarında 4 mm-dək, Böyük Qafqazda 11 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11, Şahdağda 10, Qusar, Xınalıqda 7, Qırızda 6, Mərəzədə 3, İsmayıllıda 1 sm təşkil edib.

Fevralın 18-də şimal-qərb küləyinin sürəti bəzi rayonlarda arabir 22-30 m/s olub, Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın temperaturu 6-10 dərəcə aşağı enib, minimal temperatur Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Aran rayonlarında 2-5 dərəcə isti, dağlıq rayonlarda 0-5, yüksək dağlıq ərazilərdə 7-12, Naxçıvan MR-da 0-3 dərəcə şaxta təşkil edib.

1news.az

Paylaş:
1009

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər