Elçin Mirzəbəyli: Azərbaycan xalqı ona qarşı aparılan kampaniyaya öz birliyi və həmrəyliyi ilə cavab verdi | 1news.az | Xəbərlər
Siyasət

Elçin Mirzəbəyli: Azərbaycan xalqı ona qarşı aparılan kampaniyaya öz birliyi və həmrəyliyi ilə cavab verdi

15:32 - 11 / 07 / 2018
Elçin Mirzəbəyli: Azərbaycan xalqı ona qarşı aparılan kampaniyaya öz birliyi və həmrəyliyi ilə cavab verdi

Gəncə şəhərində kəsici-deşici alətlərlə silahlanmış radikal dini ekstremist ünsürlərin sabitliyi pozmağa cəhd göstərməsi, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyan iki polis zabitinin qətlə yetirməsi iyulun 3-də icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən terror aktının əsl mahiyyətini ortaya qoyur və bununla bağlı aparılan istintaqın ilkin qənaətini bir daha təsdiqləyir.

Bunu 1news.az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli Gəncə hadisələrinə münasibət bildirərkən deyib:

“Heç kəsə sirr deyil ki, Azərbaycan mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir bölgədə yerləşir. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizə Qərblə Şərq arasında iqtisadi, siyasi, mədəni körpü rolu oynamaq imkanı verdiyi kimi, dövlətimizi ən müxtəlif çağırışlarla qarşı-qarşıya qoyur. Dövlətimizin hələ 100 il öncə dünyəvi, demokratik inkişaf modelini seçməsi, çağdaş Azərbaycan Respublikasının dini və milli tolerantlığın, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilməsi İslamın müqəddəs dəyərlərini qondarma dini-siyasi ideologiya predmetinə çevirən, feodal qanunları ilə idarə olunan bəzi dövlətləri, onların himayəsində olan radikal ekstremist dini qrupları qane etmir. Onlar Azərbaycanın dünyəvi, bəşəri, demokratik, irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanların birlik və bərabərlik içərisində yaşadığı konstitusion dövlət quruluşunu, dövlət idarəçiliyi modelini özlərinə təhlükə görürlər. Müstəqilliyimizin bərpasından sonra davamlı olaraq ölkəmizə radikal dini cərəyanların ixrac edilməsi cəhdləri də məhz buradan qaynaqlanır”.

Azərbaycanın düşmənlərini qəzəbləndirən digər bir amil kimi dünyəvi, demokratik inkişaf yolu seçən dövlətimizin qısa müddət ərzində əldə etdiyi nailiyyətləri göstərən Elçin Mirzəbəylinin sözlərinə görə, ölkəmizin uğurları uzun illər boyu müxtəlif dini-siyasi ideologiyaların basqısı altında olan xalqlara ümid verir, onları elmə, təhsilə, mədəniyyətə, innovativ inkişafa, tərəqqiyə səsləyir. Bu isə din pərdəsi altında öz bəsit, məkrli düşüncələrini gizlətməyə çalışan, modern dünyadan yüz illərlə geridə qalan dini-siyasi dairələri, Azərbaycanın ənənəvi düşmənlərini, neoimperialist dairələri qane etmir:

“Ölkəmizə xaricdən ixrac edilən radikal dini cərəyanları yaymağa çalışan dairələrin məhz bu il müsəlman Şərqinin ilk dünyəvi, demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu bir zaman kəsiyində fəallaşmaları da təsadüfi deyil. Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində Azərbaycan dünyaya çox önəmli mesajlar verib, dövlət və ordu quruculuğu sahəsində əldə etdiyi uğurları nümayiş etdirib. Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı paytaxtımızda möhtəşəm hərbi parad keçirilib və bu paradda Silahlı Qüvvələrimizin arsenalına daxil olan ən müasir hərbi texnika nümayiş etdirilib. Paraddan dərhal sonra isə Azərbaycan Müdafiə Nazirliyinin 20 min nəfərlik şəxsi heyətinin iştirakı ilə genişmiqyaslı təlimlər baş tutub və bu təlimlər zamanı ordumuzun döyüş qabiliyyəti və ruhu ortaya qoyulub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə qeyd olunmasından dərhal sonra Bakıda Cənub Qaz Dəhlizinin, Türkiyədə isə bu dəhlizin bir hissəsi olan TANAP layihəsinin rəsmi açılışları olub.

Bütün bunlar isə şübhəsiz ki, öz xalqlarını feodal qaranlıqlarında, zülmətdə saxlayan, yanlış siyasətlərinin girovuna çevrilmiş dövlətlərin dini və siyasi dairələrini, eləcə də Azərbaycanın düşmənlərini qane edə bilməzdi. Bu səbəbdən də ölkəmizə Cümhuriyyət ideyalarının təşəkkül tapdığı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtında zərbə vurmağa cəhd göstərdilər.

Lakin müdrik və öz dövlətini canı qədər sevən Azərbaycan xalqı nəinki təxribat qruplarının çağırışlarına uymadı, həm də bu kampaniyaya öz birliyi, həmrəyliyi ilə qətiyyətlə cavab verdi, demokratik, dünyəvi dövlət quruluşumuzun keşiyində dayandı, azərbaycançılıq ideallarına sədaqətini, Prezidentinə yüksək etimadını nümayiş etdirdi. Qəhrəman polislərimiz öz canları bahasına konstitusion dövlət quruluşumuzu qorudular. Xalq-dövlət, dövlət-xalq birliyi növbəti dəfə məkrli düşmənlərin planlarını puça çıxardı”.

1news.az

Paylaş:
546

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər