Elmar Məmmədyarov: Hökumətinin əsas prioritetləri arasında nəqliyyat dəhlizlərinin inkişafı yer alır | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Hökumətinin əsas prioritetləri arasında nəqliyyat dəhlizlərinin inkişafı yer alır

11:28 - 07 / 12 / 2018
Elmar Məmmədyarov: Hökumətinin əsas prioritetləri arasında nəqliyyat dəhlizlərinin inkişafı yer alır

Ötən illər ərzində Azərbaycan qeyri-enerji sektorunun inkişafında, xüsusilə də biznes və sərmayə mühitini inkişaf etdirməklə, nəqliyyat infrastrukturlarını tikməklə və buraya sərmayə qoymaqla nəzərə çarpacaq addımlar atlb.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “ATƏT məkanında iqtisadi bağlılığın təşviq edilməsi” tədbirində çıxışı zamanı deyib.

O bildirib: “Lakin bizim səylərimiz yalnız Azərbaycanla məhdudlaşmır. Azərbaycan hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub oxları boyunca qonşu dövlətlər və ATƏT-ə üzv olan digər maraqlı dövlətlər ilə əməkdaşlıqda regional, trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır. Artan bağlılığa töhfə verən layihələr arasında ilkin mərhələdə 6-7 milyon ton, daha sonra isə ildə 17 milyon ton yükgötürmə qabiliyyəti olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vardır. BTQ Yeni İpək Yolu adlanan və trans-Avropa və trans-Asiya dəmir yol şəbəkələrini birləşdirəcək, eləcə də Avropa və Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu yükdaşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək yeni yaranmış qitələrarası dəhlizin əsas seqmentidir”.

Ticarətin davamlı şəkildə artan həcmini nəzərə alaraq, aydındır ki, bir-biri ilə rəqabətdə olmayan, lakin bir-birini tamamlayan etibarlı ticarət marşrutlarının müxtəlifliyi olmalıdır.

Nazir deyib ki, Azərbaycan hökumətinin başqa bir prioritet sahəsi tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən səmərəli ticarət qaydalarını təqdim etmək, idxal, ixrac və tranzit sərhəd proseduralarının səmərələşdirilməsi də daxil olmaqla nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmədir. Ticarətin asanlaşdırılmasında elektron imza prinsipinə əsaslanan elektron bəyannamə sistemi kimi informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılır.

“Xüsusilə qeyd etmək istədiyim bir sahə yeni Bakı Limanı ətrafında Azad Ticarət Zonasının yaradılması vasitəsilə ticarət-logistika sektorunda xarici şirkətlər üçün əlverişli və azad sərmayə rejiminin təmin edilməsi üzrə səylərimizdir. Bu Azad İqtisadi Zonanın məqsədi Azərbaycanın çoxsaylı ticarət yolları üzrə Avropa və Asiya arasında ticarəti asanlaşdıracaq regional ticarət-logistika mərkəzi kimi cəlbediciliyinin artırılmasıdır.

İcra üçün artıq hazır olan, Azərbaycanı və Mərkəzi Asiyadakı tərəfdaşlarımızı, habelə potensial olaraq Əfqanıstanı da əhatə edəcək “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsi Avropa və Asiya arasında bağlılığı daha da gücləndirəcəkdir. Fürsətdən istifadə edərək, bu mühüm layihəni ərsəyə gətirdiyi üçün ATƏT-in iqtisadi və ətraf mühit fəaliyyətləri üzrə əlaqələndiricisi səfir Vuk Zuqiç və onun komandasına təşəkkür edirəm və ATƏT-in üzv dövlətlərini bunun reallaşmasına töhfə verməyə çağırıram”.

1news.az

 

Paylaş:
571

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər