Naxçıvanda ana və bala bəbirin görüntüləri qeydə alınıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda ana və bala bəbirin görüntüləri qeydə alınıb - VİDEO

14:36 - 15 / 01 / 2019
Naxçıvanda ana və bala bəbirin görüntüləri qeydə alınıb - VİDEO

Naxçıvan Muxtar Respublikasındakı akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında ana və bala bəbirin foto və videogörüntüləri qeydə alınıb.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fotolar nazirlik, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə ötən ilin oktyabr ayında əldə edilib.

Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qidalanması üçün bezoar keçisi, muflon kimi heyvan növlərinin sayının artmasına səbəb olan təhlükəsiz şəraitdən xəbər verir.

S.Xankişiyeva

 

Paylaş:
533

Son xəbərlər

Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33
Bütün xəbərlər