Sifətinə “qaz” buraxdığı üçün “Tesco”nu məhkəməyə verdi | 1news.az | Xəbərlər
Dünya

Sifətinə “qaz” buraxdığı üçün “Tesco”nu məhkəməyə verdi

11:10 - 19 / 10 / 2018
Sifətinə “qaz” buraxdığı üçün “Tesco”nu məhkəməyə verdi

“Tesco” şirkətinin əməkdaşı iş yoldaşının arxasını çevirərərk sifətinə “qaz” buraxdığı üçün supermarketi məhkəməyə verib.

1news.az xarici mediaya istinadla xəbər verir ki, 42 yaşlı Atif Masud Londonun cənubunda Tornton Hit filialında təcavüzə və irqi ayrı-seçkiliyinə məruz qaldığını iddia edərək  20 min funt sterlinq tələb edir.

Onun sözlərinə görə, “qaz” buraxmaq ələ salmaqdır və o, supermarketin heç bir üzrxahlığını qəbul etmir. 

2006-cı ildən bu şirkətdə çalışan Masud, müsəlman olduğu üçün hədəf alındığını söyləyib. Hətta video müşahidə sistemindəki görüntülər nəzərdən keçirildikdən sonra onun şikayətini dəstəkləmək üçün kifayət qədər sübut tapıldığına baxmayaraq, “Tesco” əks iddialar irəli sürür.

Masud “Müsəlmanlar terroristlərdir”, “yalançı”  kimi  hədələr aldığını, təhqir edildiyini bildirib. Əlavə edib ki, ləyaqətinin alçaldılması, təhqir edilməsi, ayrı-seçkiliyə, pis münasibətə məruz qalması irqinə görədir.

“Tesco”-nun sözçüsü hadisə ilə bağlı bunları deyib: “Cinsindən, irqindən, kimliyindən və ya təhsilindən asılı olmayaraq Tesco hər kəsi salamlayır. Biz davam edən məhkəmə icraatı və ya bu işin xüsusiyyətlərini şərh edə bilmirik”.

Şikayət üzrə məhkəmə prosesi gələn il keçiriləcək.

Xatırladaq ki, “Tesco” Böyük Britaniyanın  transmilli, ən iri pərakəndə marketlər şəbəkəsidir. 1924-cü ildə qurulan şirkətin ilk mağaza 1929-cu ildə London ətrafında açılıb.

1news.az

Paylaş:
1332

Son xəbərlər

“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər