Uçan avtomobillər üçün qanunvericilik bazası yaradılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Uçan avtomobillər üçün qanunvericilik bazası yaradılır

17:46 - 20 / 03 / 2018
Uçan avtomobillər üçün qanunvericilik bazası yaradılır

Yaponiya hökuməti uçan avtomobillər üçün qanunvericilik bazasının yaradılmasına başlayıb və bu işdə özəl biznesin imkanlarından da istifadə edəcək.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko Tokioda keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, hələlik bu istiqamətdə işlər məhdud xarakter daşıyır. Lakin müxtəlif məsləhətləşmələr və qanunvericilik bazasının yaradılması üçün hazırlıqlar yolu ilə uçan avtomobillərin yaradılmasına yeni biznes tərəfdarları da cəlb ediləcək. “Əgər biz belə maşınların yaradılmasına nail ola bilsək, onda gələcəkdə cəmiyyət üçün quruda, suda və havada tıxaclarsız hərəkəti təmin etmiş olacağıq”, - deyə nazir vurğulayıb.

NHK telekanalının məlumatında qeyd edilir ki, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi uçan avtomobillərin yaradılmasına milli sənayenin inkişafının mühüm perspektiv istiqamətlərindən biri kimi baxır. Bu məqsədlə nazirlik yanında xüsusi mütəxəssislər qrupunun yaradılması da nəzərdə tutulur.

Hazırda dünyanın bir çox ölkələrində uçan avtomobillərin yaradılması istiqamətində işlər davam edir. Yaponiyada “Cartivator” şirkətinin avtomobil istehsalının nəhənglərindən sayılan “Toyota Motor” şirkəti ilə birlikdə bu istiqamətdə çalışdığı bildirilir. Həmin layihəyə əsasən, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı belə avtomobillərin təqdim ediləcəyi gözlənilir.

1news.az

Paylaş:
620

Son xəbərlər

Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56
Bütün xəbərlər