Vüqar Rəhimzadə: Əli Kərimli kimi dəyərsiz insanların sözü də dəyərsiz olur | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Əli Kərimli kimi dəyərsiz insanların sözü də dəyərsiz olur

09:54 - 20 / 02 / 2019
Vüqar Rəhimzadə: Əli Kərimli kimi dəyərsiz insanların sözü də dəyərsiz olur

Fərqli və uğurlu inkişaf modeli, müasir və daha çevik idarəetmə mexanizmi, vətəndaşlara ən yüksək səviyyədə diqqət və qayğı... Və daha nələr-nələr. Sadaladığımız bu və digər faktlar bugünkü Azərbaycanın reallıqlarıdır. Ölkəmizlə bağlı daxildə və xaricdə baş verən hadisələr həqiqətən də təqdirəlayiqdir və xalq tərəfindən böyük rəğbətlə qarşılanır.

1news.az-ın məlumatına görə, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev siyasətinin, Prezident İlham Əliyevin 15 illik siyasi fəaliyyətinin müstəqil Azərbaycanın inkişafında müstəsna yeri və rolu var:

“Sadəcə bir neçə statistik rəqəmə diqqət yetirmək kifayətdir. Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,3, maaşlar 7, pensiyalar 9, valyuta ehtiyatları 24 dəfə artıb, işsizlik və yoxsulluğun həddi 5 faizə enib. Bununla yanaşı, 102 məcburi köçkün düşərgəsi salınıb, 300 min məcburi köçkün müasir yaşayışla təmin edilib, şəhid ailələrinə 7 minə yaxın mənzil, müharibə əlillərinə 6 mindən çox maşın verilib. Sözsüz ki, yüzlərlə, minlərlə bu kimi faktlar sadalamaq olar.

Sadəcə illərdir özünü xalqa müxalifət kimi təqdim edən, əslində isə xarici antiazərbaycan dairələrə işləyən Əli Kərimli və onun kimi qrant hərisləri bu gerçəklikləri görməyərək nadürüst əməllərindən əl çəkmirlər. Ona görə də Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən mükəmmməl islahatların və əldə olunan uğurların daxili antimilli ünsürləri narahat etməsi “başadüşüləndir”.

Vüqar Rəhimzadə bildirib ki, dünya dəyişir, inkişaf edir. Bu mənada Azərbaycan da öz inkişafının yeni mərhələsinə qədəm qoyub:

“Təbii ki, müasir dövrün çağırışlarına uyğun islahatlar həyata keçirmək daha aktualdır. Ölkə rəhbərliyi bunu görür və gələcək planlar, strategiyalar bu aktuallığa uyğun olaraq qurulur, müəyyən edilir. Əli Kərimli kimilərin ölkəmizlə bağlı “planları” isə hər zaman xaricdə qurulur və ona tezis formasında ötürülür. Təbii ki, bu “planlar” Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Ə.Kərimli günbəgün yeniləşən və inkişaf edən Azərbaycanın uğurlarını həzm edə bilmir və vaxtilə öz liderinə xəyanət edərək qazandığı “təcrübəni” Azərbaycanda tətbiq etməyə can atır. Bu gün dünya ölkəmizin “ASAN xidmət” inqilabından yararlanır, Ə.Kərimli isə vətəndaş qarşıdurması yaratmağa, Suriyanın “inqilab təcrübəsini” tətbiq etməyə çalışır.

Bu günlərdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz “Facebook” səhifəsində yerləşdirdiyi “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində bu məsələlərə toxunub və müxalifəti faktlar qarşısında qoyaraq Ə.Kərimlinin iç üzünü bir daha xalqa nümayiş etdirib. Hesab edirəm ki, cənab Əli Həsənovun fikirləri Ə.Kərmlinin bu illər ərzindəki fəaliyyətinə verilən ən tutarlı qiymətdir”.  

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Ə.Kərimli və onun kimilərin əsassız iddiaları xalqın gözündə heç bir dəyəri olmayan bu ünsürlərin son çırpınışlarıdır:

“Bu gün biz möhtərəm Prezidentimizin simasında əsl liderlik nümunəsi görürük. Ölkəmizin başçısı şəhid ailələrinə kompensasiya ödənilməsi ilə bağlı Sərəncam imzalayır, minimum əməkhaqları təqribən 40 faiz artırılır, tələbələrin təqaüdləri  yüksəlir, qaçqınlara və məcburi köçkünlərə müasir mənzillər və evlər verilir, yeni iş yerləri yaradılır.

Bir sözlə, xalqın sosial rifahını daha da yaxşılaşdırmaq üçün lazım olan bütün addımlar atılır. Ancaq Əli Kərimli və onun kimilər yenə narazıdır. İnsan öz xalqına, Vətəninə bu qədərmi düşmən kəsilə bilər?! Görünür, Əli Kərimlidə xalq, Vətənlə bağlı heç bir mənəvi dəyər qalmayıb. Bu cür dəyərsiz insanların sözü də dəyərsiz olur”.

1news.az

Paylaş:
487

Son xəbərlər

Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58
Bütün xəbərlər