13862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib | 1news.az | Xəbərlər
Cəmiyyət

13862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib

12:32 - 01 / 12 / 2020
13862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib

Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin vaxtı dekabrın 10-dək uzadılıb.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətlərin vaxtının uzadılmasında məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində  maksimum əhatəni təmin etməkdir.

Məlumat üçün bildiririk ki, son iki ay ərzində  2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti  üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır.

Cari tədris ilində sosial həssas əhali qrupuna aid olan tələbələrdən qeyd edilən tarixədək (10 dekabradək) e-telebe.edu.az elektron portalına müraciətlərini tamamlayaraq təsdiq etməsi xahiş olunur.

Qeyd edək ki, 2019-2020-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az  elektron portalına müraciət etmiş 15 209 tələbənin, o cümlədən ali təhsil müəssisələrində təhsil alan 12 124 tələbənin, orta ixtisas təhsili müəssisələrində təhsil alan 2 830 tələbənin, peşə təhsili müəssisələrində təhsil alan 255 tələbənin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib. 

Qafar Ağayev

Paylaş:
549

Son xəbərlər

İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58
Bütün xəbərlər