Bakıda nasaz avtomobil sıxlığa səbəb olub - FOTO
Bakıda nasaz avtomobil sıxlığa səbəb olub.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən 1news.az-a verilən xəbərə görə, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Xutor" tunelində texniki nasaz avtomobilin yolda qalması səbəbindən Yasamal rayonu, Qələbə dairəsindən başlayaraq metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisi əməkdaşlarına məlumat verilib. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.
454