Azərbaycandakı 9 qaçqın tələbəyə FAFİ mükafatı təqdum edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandakı 9 qaçqın tələbəyə FAFİ mükafatı təqdum edilib – FOTO

11:33 - 13 / 09 / 2019
Azərbaycandakı 9 qaçqın tələbəyə FAFİ mükafatı təqdum edilib – FOTO

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Almaniya hökumətinin maliyyə dəstəyi ilə Azərbaycanda olan 9 qaçqına (6 Rusiya - çeçen, 1 Əfqanıstan, 1 Yəmən, 1 İran) DAFİ (Qaçqınlar üçün Albert Eynşteyn adına alman akademik təşəbbüsü) təqaüdünü təqdim edib.

1news.az xəbər verir ki, bu münasibətlə keçirilən  tədbirdə çıxış edən BMT QAK-ın ölkə üzrə nümayəndəsi Guido Ambroso qaçqınların həyatlarını yenidən qurmalarına imkan yaradılmasında təhsilin vacibliyini və rolunu vurğulayıb: "Keyfiyyətli təhsil və maddi baxımdan təminat imkanlarının artırılması vasitəsilə insan potensialının təşviq edilməsi BMT QAK-ın strateji prioritetlərindən biridir və pulsuz, keyfiyyətli təhsili hədəf kimi qarşıya qoyan 4-cü dayanıqlı inkişaf məqsədlərinə uyğundur".

O, beynəlxalq himayəyə ehtiyacı olan şəxslərin ölkədə qalmasına icazə verdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Almaniyanın Azərbaycandakı səfiri Volfanq Maniq tələbələri təbrik edib, ali təhsillərində uğurlar arzulayıb: "Biz gənclərin və istedadlı tələbələrin öz potensiallarını tam inkişaf etdirmələrinə dəstək verməkdən qürur duyuruq".

Səfir deyib ki, bu təqaüd gənclərin gələcək həyatları üçün mühüm rol oynayacaq.

Dövlət Miqrasiya Xidmətunin Qaçqın Statusunun Müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova miqrantların, qaçqınların, sığınacaq axtaranların himayəsinin və onlara təklif olunan xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında Azərbaycan hökumətinin gördüyü işlərdən danışıb.

Daha sonra yeni seçilmiş tələbələrə BMTQAK-ın ölkə rəhbəri və Almaniyanın səfiri mükafatları  təqdim edib. Tələbələr və onların valideynləri Azərbaycanda qaçqınlar üçün yaradılan mühüti, tolerantlıq və qonaqpərvərliyi yüksək qiymətləndiriblər.

Qeyd edək ki, onlar bu təqaüdlə Azərbaycan universitetlərində təhsil alacaqlar.

BMT QAK-ın ali təhsil proqramı olan DAFİ dünyada qaçqınların ali təhsil almasında mühüm rol oynayır. Təsis edildiyi 1992-ci ildən bu günə kimi 15.500-dən artıq qaçqın tələbə sığınacaq tapdıqları 50-dən artıq ölkənin,  o cümlədən Azərbaycanın ali məktəb və kolleclərində təhsil almalarına yardım göstərilib. DAFİ proqramı Azərbaycanda 2010-cu ildən fəaliyyətə başlayıb, indiyədək 36 gənc qaçqına dəstək göstərilib, yeni tədris ili üçün isə 9 yeni tələbə seçilib.

Pərvanə Sultanova

Paylaş:
537

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!Bu gün, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilibBu gün, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülübBu gün, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİBBu gün, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilibBu gün, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilibBu gün, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuqBu gün, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcəkBu gün, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırBu gün, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandıBu gün, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıbBu gün, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verirBu gün, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48
Bütün xəbərlər