Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı! | 1news.az | Xəbərlər
Siyasət

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!

18:12 - 08 / 05 / 2024
Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!

Ölkəmizdə ilk dəfə “Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı ilə Təchizat Zənciri Liderləri Zirvəsi keçiriləcəkdir. 13 may 2024-cü il tarixində təşkil olunacaq tədbirdə peşəkar moderator və spikerlər təchizat zəncirinin inkişafı və idarəedilməsi istiqamətində bilik və təcrübələrini paylaşacaq, təchizat zənciri prosesləri üçün sərfəli həllər tapacaq, satınalma proseslərini sadələşdirmək və səmərəliliyi artırmaq üçün rəqəmsal alətlər təklif edəcəklər.

“Yeni Dəyər Zənciri” devizi ilə “Gülüstan” sarayında keçiriləcək tədbir bütöv günü əhatə etməklə 600-dək peşəkar mütəxəssisi, dövlət və özəl sektordan olan təchizat, satınalma rəhbərlərini, istehsalçı, distribyutor, topdansatış, pərakəndə satıcı və istehlakçıları bir araya toplayacaq.

“Facemark”“Admedia” şirkətlərinin təşkilatçılığı, “Konsis Group” şirkətinin təşkilati dəstəyi, “Azərsun Holdinq”in Baş Sponsorluğu, “Roof Academic Training”in Platinum Sponsorluğu, “Araz Supermarketlər şəbəkəsi”nin Gold Sponsorluğu, “Qardaşlar Mebel”, “Bank of Baku”, “Leqo Group”, “Başkent” restoranlar şəbəkəsinin və “İnnab” platformasının sponsorluğu ilə keçiriləcək tədbir ölkəmizdə satınalma və təchizat sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

3 moderator və 15 spiker “Yeni Dəyər Zənciri” konsepti ilə "Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq", " Təchizat Zəncirinin Strateji İdarəedilməsi", "Təchizat Zənciri: Gələcəyin Dizaynı " panelləri üzrə təchizatda risklərin idarə olunması, təchizat zəncirinin strateji dayaqları, logistika, rəqəmsal transformasiya və süni intellektin tətbiqi və sahəyə dair digər mövzular haqqında müzakirələr edəcəklər.

Təchizat Zənciri Liderləri Zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün zirvənin rəsmi internet səhifəsinə keçid edə (www.sclforum.az) və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/profile.php?id=61556576487637

Instagram: https://www.instagram.com/sclforum/

Linkedln: https://www.linkedin.com/company/t%C9%99chizat-z%C9%99nciri-liderl%C9%99ri-forumu/?viewAsMember=true

Paylaş:
367

Son xəbərlər

Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02
Bütün xəbərlər