Britaniya Azərbaycana yeni hərbi attaşesi təyin edib | 1news.az | Xəbərlər
Siyasət

Britaniya Azərbaycana yeni hərbi attaşesi təyin edib

14:11 - 17 / 09 / 2019
Britaniya Azərbaycana yeni hərbi attaşesi təyin edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

Görüşdə iki ölkə arasında müdafiə sahəsində, o cümlədən terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatların keçirilməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Tərəflər ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu və bu imkanların genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, hərbi ingilis dili kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

C.Şarp öz növbəsində Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

Britaniyalı diplomat həmçinin regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizədə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəal iştirakına görə Azərbaycana minnətdarlığını bildirib.

Tərəflər regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturlarının təhlükəsizliyi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

Sonra britaniyalı diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik-leytenant Entoni Bramveli Müdafiə nazirinə təqdim edib.

Hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin orduları arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

1news.az

Paylaş:
476

Son xəbərlər

Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02
Bütün xəbərlər