Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO
Ermənistan polisi “Döyüş qardaşlığı” adlı silahlı qruplaşmanın 5 üzvünü saxlayıb.
1newsaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Armtoday” nəşri təşkilatın sosial şəbəkə hesabına istinadən məlumat yayıb.
Bildirilir ki, silahlı qruplaşmanın üzvləri - Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan və Aramais Ağabekyan Noyemberyan rayonunun polis şöbəsinə aparılıb. Onların Qazaxın Ermənistanın işğalı altında olan və ötən həftə əldə edilmiş razılığa əsasən, Azərbaycana təhvil veriləcək kəndlərində etirazlarda iştirak etdikləri bildirilir.
Qeyd olunur ki, mart ayında da polis Tavuşun Əskipara kəndinə getməyə cəhd edən bir neçə qruplaşma üzvünü qanunsuz silah-sursat saxlamaqda və gəzdirməkdə şübhəli bilərək saxlamışdı.