Kapital Bank növbəti dəfə Milli KSM mükafatına layiq görülüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank növbəti dəfə Milli KSM mükafatına layiq görülüb

10:30 - 27 / 01 / 2020
Kapital Bank növbəti dəfə Milli KSM mükafatına layiq görülüb

Kapital Bank Azərbaycanda ikinci ildir keçirilən Milli KSM – 2019 layihəsi çərçivəsində mükafata layiq görülüb.

Bu dəfə Kapital Bank-ın 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim etdiyi “İtirdiyimiz Qızlar” layihəsi qalib olub. Tədbir bir sıra dövlət və özəl qurumlarının təşkilatçılığı ilə keçirilib.

Layihə çərçivəsində Kapital Bank, BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb. Bununla bağlı sosial mediada bir sıra aktivliklər və Kapital Bank-ın filiallarında, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı məlumatlandırma materialları paylanılıb.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan bütün layihələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd əsas götürülərək Komissiya tərəfindən qiymətləndirilib. Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) və PROAKTİV PR Agentliyinin birgə təşkil etdiyi müsabiqədə layihələr İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, ABAD Publik Hüquqi Şəxs, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər Təşkilatları Milli Şurası, o cümlədən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası rəsmiləri tərəfindən kriteriyalara müvafiq dəyərləndirilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
590

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!Bu gün, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilibBu gün, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülübBu gün, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİBBu gün, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilibBu gün, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilibBu gün, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuqBu gün, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcəkBu gün, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırBu gün, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandıBu gün, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıbBu gün, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verirBu gün, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48
Bütün xəbərlər