ru

Siyasət

1 Dekabr saat 11:55

Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalandı - RƏSMİ

Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalandı - RƏSMİ

Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalandı.

1news.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat verib.

Qeyd olunur ki, noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu arasında razılaşmanın layihəsi telekonfrans formatda imzalanmışdı.

Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin fəaliyyəti ilə əlaqədar texniki detalların müzakirəsi başa çatdıqdan sonra yekun razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün işlər aparılır.

Qafar Ağayev

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur