Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidir
Türk Dövlətləri Təşkilatının (TDT) əsas məqsədi üzv ölkələr arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməlisidir.
1news.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı “X”də yazıb.
O bildirib ki, buna uyğun olaraq əlaqələr hər ötən gün daha da gücləndirilir: “Möhkəm körpülər inşa edirik”.
Səfir xatırladıb ki, bu gün Bakıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan 1000-ə yaxın kardioloqun iştirakı ilə konqres təşkil olunub.
217