AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Qafar Ağayev16:13 - 26 / 04 / 2024
AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Buxarest və Sofiya şəhərlərinə reyslərə xüsusi qiymətlərlə aviabiletlərin satışına başlayıb.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Aviaşirkət Bakı-Buxarest-Bakı və Bakı-Sofiya-Bakı marşrutları üzrə aviabiletləri bir tərəfə 169 avro, hər iki istiqamətdə isə 300 avroya təklif edir. Buxarest-Bakı-Buxarest marşrutu üzrə biletlərin qiyməti bir tərəfə 155 avro, gediş-dönüş biletlərinin qiyməti isə 300 avrodur. Sofiya-Bakı-Sofiya marşrutunu seçən sərnişinlər bir tərəfə 153 avroya, hər iki istiqamətdə isə 300 avroya aviabilet əldə edə bilərlər.

Təklif çərçivəsində 10 kq-a qədər əl yükünün daşınması mümkündür. Xüsusi tariflər yüksək tələbat dövrlərində keçərli deyil.

Qeyd edək ki, AZAL Rumıniyanın paytaxtı Buxarestə uçuşlara həftədə iki dəfə, bazar ertəsi və cümə axşamları olmaqla iyunun 3-dən başlayacaq. Bolqarıstanın paytaxtı Sofiyaya isə reyslər iyunun 7-dən həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Xüsusi qiymətlərdən yararlanaraq Avropanın ən gözəl şəhərlərindən olan Buxarest və Sofiyanı ziyarət etmək fürsətini qaçırmayın!

Aviabiletləri rəsmi https://www.azal.az/az/ saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.

Paylaş:
372

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər