“Şaban”ın oğlu: Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

“Şaban”ın oğlu: Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu - MÜSAHİBƏ

17:12 - 11 / 07 / 2019
“Şaban”ın oğlu: Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu - MÜSAHİBƏ

Azərbaycan və Türkiyə aktyorları növbəti layihədə bir araya gəlirlər. "Hərəkət səkkiz" adlanan filmdə bir sıra sevilən aktyorları görə biləcəyik. Çəkilişləri Bakıda davam edən filmin Türkiyədən təşrif buyurmuş aktyorları arasında Ali Sunal da var.

1news.az publika.az-a istinadla Ali Sunalla müsahibəni təqdim edir:

- Biz uşaq ikən türk serialları bu qədər geniş vüsət almamışdı. Amma TRT kanalından seriallar izləyirdik. Onlardan biri də "Ən son babalar duyar" adlanırdı. Sizi o dizidən tanıdım. "Şaban"ın oğlu olduğunuzu öyrənəndən sonra isə ikiqat doğma oldunuz mənə... bizə... hamıya...

- Məncə, iki yox beş, on hətta daha artıq...

Əlbəttə.

- Əvvəllər sosial media bu qədər həyatımıza girməmişdi. Amma artıq azərbaycanlı doğmalarımdan o qədər gözəl mesajlar alıram ki, Bakıya çəkilişə gələcəyimizi öyrənəndə çox sevindim. Burada özümə qarşı böyük sevgi hiss edirəm. Qarşılıq vermək borcumdur. Bu marağa, diqqətə layiq olmaq gərəkdir.

- Söylədiyiniz kimi, sizi sevirik, amma atanız Kemal Sunal bizim qəlbimizdə taxt qurub. Baxmayaraq ki, rus kanalları, nağıl və film qəhrəmanlarını daha çox izləyirdik, Şaban bizim üçün toxunulmaz bir obraz idi...

- Bu yaxınlarda bir şey öyrəndim. Mənə dedilər ki, Azərbaycan televiziya kanallarında yayımlanan bütün türk filmləri dublyaj olunur. Yalnız atamın səsinin üzərinə dublyaj etmirlər.

- Doğru eşitmisiniz.

- Demək ki, atam xalqınıza o qədər doğma, yaxındır ki, onun səsini orijinaldan, özündən dinləmək istəyirsiniz. Bu, yaxşı mənada mənim qəlbimə çox toxundu.

- Atanız bizim saf, təmiz duyğularımızın səsidir. Yəqin, bu saflığa zərər gəlməsin deyə dublyaja ehtiyac duymamışıq.

- İnanın mənə, o, mələk idi.

- Əli bəy, sizi şəxsən tanımıram. Amma gözlərinizdən atanızdan miras qalan məsumluq var. Özünüzü məsum sayırsınız?

- Bəzən əsəbiləşirəm, ətrafımla anlaşılmazlıqlar olur. Amma atamdan aldıqlarım məni doğru yola yönəldir.

- Atanızdan nələr almısınız?

- Maraqlı sualdır. Ən əsası ailəyə, işimə sayğı. Ən xırda işin də böyük məsuliyyətini dərk etməyi, bütün canlılara qayğı, şəfqət göstərməyi...

- Çox vaxt səhnə insanları ailədə sərt olurlar. Atalar və oğullar problemlə üzləşirdiniz?

- Adətən küçədə gəzəndə çox ciddi görkəm alırdı, amma evə girən kimi dönüb uşaq olurdu. Şən, zarafatcıl, bir az da nadinc uşaq idi sanki... Amma başqa yerlərdə əsl Kamalı üzə çıxrmaqdan çəkinib ciddiləşirdi. Çünki insanlar onsuz da atama xüsusi diqqət göstərirdilər, bir də yumşaq xarakterini görsəydilər, sevgi ikiqat artardı. O, isə utancaq insan idi. Bütün marağı üzərinə çəkməkdən ehtiyat edərdi. Amma biz ata-oğul yox, dost idik və mən ən yaxın dostumu 23 yaşımda itirdim. Halbuki daha gözəl günlərimiz olacaqdı...

- Və bir gün ən yaxın dostunuza mən də sənin yolunla gedəcəm dediniz. Ümumiyyətlə, peşə seçiminizə necə reaksiya verdi?

- Heç yönləndirmədi. Dediyim kimi, insanlara, onların qərarlarına sayğı ilə yanaşardı. Aktyor olmaq istəyirsən, doğru edirsən, yaxud yox, get həkim ol, mühəndis ol demədi. Öz yolumu tapmağımı istəyirdi. Seçmimə də hörmətlə yanaşdı. Kömək etdi...

- Atanızla bağlı ilk dəfə bizimlə paylaşmaq istədiyiniz xatirəniz varmı?

- İlk film təklifi gəlmişdi. Rolumdan bir neçə cümlə əzbərləyib səhnəyə çıxdım. Çox bərbad performans göstərdim. Rejissor ümdsiz halda "sabah gəl, danışarıq" dedi. Gecə olanları atama danışdım. Məni cəsarətləndirdi: "Gəl, məşq edək, bu dəfə mütləq alınacaq". O gecə yatmayıb obraz üzərində birgə çalışdıq. Ertəsi gün rejissordan bir şans da istəyib səhnəyə çıxdım. Hər kəs çox bəyəndi. Bu, mənim ilk triumfum, aktyorluğa ilk addımım idi, ustadım isə Kemal Sunal...

- Özünüzü rejissor kimi də sınamısınız? Sənətinizin bu məcrası aktyorluqdan aldığınız həzzə bərabərdir?

- Sınadım, amma hər kəs öz peşəsi ilə məşğul olsa yaxşıdır. Məncə, aktyorluğumla özümə və cəmiyyətə daha çox fayda verirəm.

- Aktyor öz sənətini təkmilləşdirmək üçün mütləq film izləməlidir. Hansi janrda olan filmlərə maraq göstərirsiniz?

- Ən böyük hobbim, zövqüm, sevgim film seyr etməkdir. Seriallara da baxıram. Qorxu, macəra, hər janrı sevirəm. Ən zəif, sıxıcı filmləri də izləyirəm. Çünki uğursuz filmə baxıb nə edib-etməməyinə daha aydın qərar verirsən. Yəni bax, mən belə oynasam, izləyicini tez yoraram, yaxud özümdən uzaqlaşdıraram kimi seçimlərim olur. Bu baxımdan ən maraqsız filmin də faydası var. Ümumi düşünəndə isə əmək, sevgi olan bütün ekran işlərinə hörmətlə yanaşmaq lazımdır.

- Maraqlıdır, lap elə Hollivudun özündə atanızın ruhuna yaxın obrazlar, aktyorlar varmı? Heç "bu aktyor atama bənzəyir" demsiniz?

- Bu mövzuda obyektiv ola bilməyəcəm. Mənə görə atam bənzərsiz idi, heç kim ona bənzəmir. Amma bir çox tənqidçilər onu Fernadellə Jan Pol Belmondonun qarışımı adlandırırlar.

- Həqqətən, gözəl tapıntıdır.

- Hətta bir filmində bu haqda bir dialoq da var. Amma əcnəbi filmlər sırasında üçü vardı ki, mən də bunu çox gözəl oynayardım deyirdi. Biri "Poçtalyon", ikincisi"Həyat gözəldir" , digəri isə "Forrest Qamp" filmləridir. Hər üçünü çox seyr edirdi. Hər dəfə də mən bu obrazın öhdəsindən çox gözəl gələrdim deyə ah çəkirdi. Ən çox qısqandığı rollar bunlar idi.

- Bəs sizin qısqandığınız obrazlar var?

- Mən bu baxımdan çox acgözəm. Çəkilən bütün gözəl filmlərin baş qəhrəmanı özüm olmaq istərdim. Birini qısqanıb, kaş ki, onun yerində mən olsaydım, demək əvəzinə gözəl hekayələr tapıb maraqlı layihələr çəkmək olar. İnanın ki, öz rolundan aldığın ləzzəti heç nə əvəz etmir. Çünki üzülmək, qısqanclıq insanı uğurdan bir addım uzaq salır, qocaldır. Amma "Rokki", "Rembo"nu oynayardım...

- Əminəm, sizə çox yaraşardı...

- Hə, yaraşardı, vallah...

- İzləyicini güldürmək, yoxsa ağlatmaq... Hansını seçirsiniz?

- Dünyanın durumu çox acıncaqlıdır. Hara baxırsan, üzülürsən. İnsanların kədəri gözlərinin içində gizlənib. Azca səy göstərmək bəs edir ki, o yaşlar yanağımızdan axsın. Bu baxımdan ağlatmaq asandır. Həm də ağır filmlərə tələbat da böyükdür. Bilirsən ki, publika buna dəyər verəcək. Amma sənin öhdənə qoyulan vaxt kəsiyi boyu gülümsətmək hər kəsin işi deyil. Özünüz düşünün, insanları gülümstməkdən gözəl bu dünyada nə var?

- İnsanları güldürmək...

- Hətta qəhqəhə çəkdirmək. Tamaşaçı sənə baxır və gözləri parlayırsa, demək xoşbəxtsən. Demək bu gözəlliyin memarısan. Gözəl olan hər şey də çətindir, əziyyətlidir.

- Brüs Uillis, Marlon Brando və digər çox sevdiyimiz dünya aktyorları var ki, biz onların obrazlarına aşiq oluruq. Amma insani cəhətləri çox eybəcərdir. Ən eybəcər yönünüz varmı? Və özünüz bunun fərqindəsiniz?

- Təbii ki, bu, hər birimizdə var. Bir anda alışıb sönən insanam. Özüm 15 dəqiqdən sonra unuduram, amma ətrafımdakıların könlünü almaq vaxt aparır. Məni Marlon Brandonun gəncliyinə çox bənzədirlər. Bu mövzuya toxunmağınız təsadüfən olmadı yəqin ki...

- O hissəsi də mənə qalsın.

- (gülür) Qoy, yaxşı aktyor olsun, kaprizlərini də görməzdən gələk. Əsl faciə həm zəif, həm disiplinsiz aktyor olmaqdır. Onun nazı heç çəkilməzdir.

- Əsas odur sevdiklərimiz bizi olduğumuz kimi qəbul etsin və növbəti sualım: xanımınız azərbaycanlıdır?

- Həyat yoldaşım İran azərisidir. Azərbaycanlı qardaşlarımız sahibləndi, biz də sevindik.

- Əli bəy, İran azərisi dediyimiz Cənub Azərbaycanda yaşayan öz həmvətənlərimizdir. Odur ki, sahiblənməyimizdən təbii heç nə yoxdur.

- Haqlısınız. Mən, sadəcə, demək istəyirəm ki, biz doğulduğumuz ərazini seçmirik. Önəmli olan bir-birimizə duyduğumuz istilik, doğmalıqdır. Azərbaycan xalqı da məni və ailəmi bu doğmalığa layiq gördüsə, nə mutlu mənə...

- Sonda azərbaycanlı doğmalarınıza mesaj vermək istərdinizmi?

- İnsan mənəvi aclığını mütləq gözəl yazılarla doyurmağa çalışmalıdır. Odur ki, sizin kimi jurnalistlərin mənim kimi maraqlı insanlarla etdkləri müsahibələri oxumalarını tövsiyə edərdim.

1news.az

Paylaş:
2268

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər