Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO

Qafar Ağayev15:57 - 25 / 04 / 2024
Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda yeniyetmənin batdığı ehtimal edilən istiqamətlər üzrə, o cümlədən kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində axtarışlar intensiv şəkildə həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər