İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib

Qafar Ağayev16:21 - 25 / 04 / 2024
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransı - COP29-a dəvət edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfiri və Aİ yanındakı missiyasının rəhbəri Vaqif Sadıqov "X" hesabında paylaşım edib.

"Aİ-Azərbaycan gündəliyindəki bir çox məsələlərin bugünkü hərtərəfli müzakirəsinə görə Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri xanım Maqdalena Qronoya minnətdaram. Mən noyabrda Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişelə dəvət məktubunu təqdim etmək şərəfinə də nail oldum", - deyə paylaşımda qeyd olunub.

Paylaş:
338

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər