Azərsu xəbərdarlıq edir

“Azərsu” ASC bir neçə küçədə içməli suyun verilməsində məhdudiyyətlər olacağını xəbərdarlıq edir.
1news.az “Azərsu” ASC-nin mətbuat xidmətinə istinad edərək bildirir ki, Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində çəkilmiş magistral su xəttinə birləşmələrin verilməsi ilə əlaqədar 11 noyabr 2015-ci il tarixində gün ərzində Xaqani, Puşkin və Rəşid Behbudov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
981