Milli Məclisin növbəti plenar iclası keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin növbəti plenar iclası keçirilir

14:19 - 23 / 02 / 2016
Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası başlayıb.

1news.az-ın məlumatına görə, iclası açıq elan edən sədr Oqtay Əsədov gündəliyi elan edib. Gündəliyə 6 məsələ daxildir. İclasda Ziyafət Əsgərovun Məhkəmə- hüquq şurasının üzvü təyin olunması, 19 yanvar tarixində parlament iclasında qəbul olunmuş “Valyuta tənzimlənməsi haqqında “Azərbaycan Respublikası Qanuna  dəyişiklik haqqında” qanuna prezidentin veto qoyması məsələsi müzakirə olunacaq.

İkinci oxunuşda “Elm haqqında” qanun və Azərbaycanın 2016-cı il büdcəsinə dəyişikliklər də müzakirə olunacaq.

1news.az

 

Paylaş:
668

Son xəbərlər

Sumqayıtda avtomobil yanıb

12 / 03 / 2025, 17:42
Bütün xəbərlər