“Boeing” sifarişlərin həcminə görə “Airbus” şirkətini qabaqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Boeing” sifarişlərin həcminə görə “Airbus” şirkətini qabaqlayıb

16:12 - 23 / 06 / 2017
“Boeing” sifarişlərin həcminə görə “Airbus” şirkətini qabaqlayıb

“Boeing Inc” şirkəti Le Burje beynəlxalq aviasalonunda ümumilikdə 75 milyard dollarlıq sifariş qəbul edərək rəqibi “Airbus Group SE” kompaniyasını (40 milyard dollar) qabaqlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Boeing” o cümlədən aviasalonda ilk dəfə təqdim olunan dar füzelyajlı “737 Max 10” təyyarəsinə 16 aviakompaniyadan 361 sifariş alıb. Göyərtəsi 230-dək sərnişin tutan hava gəmisi sifarişçilərə 2020-ci ildə çatdırılmağa başlayacaq.

“Airbus” isə 114 son sifariş və daha 182 təyyarəyə isə ilkin sifarişlər alıb. İki İran aviaşirkəti – “Zagros Airlines” və “İran Airtour” “Airbus”-a ümumilikdə 73 təyyarə sifariş verib, amma müqavilənin təsdiqlənməsi üçün ABŞ hakimiyyət orqanlarının razılığı lazımdır.

Babək Cahandarov

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər