Formula-1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşündə qəza olub
Formula-1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü zamanı qəza baş verib.
1news.az-ın məlumatına görə, “Force India”nın pilotu Serxio Peresin bolidi səkkizinci döngədə - Qız qalasının yaxınlığında səddə çırpılıb və yararsız hala düşüb. Pilot bolidi tərk etdikdən sonra marşallar ərazidə təmizlik işi aparıblar.
Qeyd edək ki, buna qədər Serxio Peres birinci döngədə xoşagəlməz halla üzləşib. Əyləc sistemi bloklandığı üçün onun idarə etdiyi bolid trasın kənarına çıxıb.
Babək Cahandarov
1210