Bakı sakininin avtomobilindən ov tüfəngi və heroin çıxdı

Məhkumluq həyatı yaşamış şəxs yenidən polis əməkdaşları tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Abdulovun idarə etdiyi “KİA” markalı avtomobilə baxış keçirilib.
Keçirilmiş baxış zamanı oradan lüləsi və qundağı kəsilən, 16 kalibrli qoşa lüləli ov tüfəngi, lüləsi və qundağı kustar üsulla kəsilən, atəş üçün yararlı “TOZ-B” markalı qoşa lüləli ov tüfənginin kəsiyi və 3,206 qram heroin aşkar edilərək götürülüb.
Babək Cahandarov
697