Dünyanın ən böyük və şəffaf displeyi yaradılıb | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən böyük və şəffaf displeyi yaradılıb

20:59 - 23 / 06 / 2017
Dünyanın ən böyük və şəffaf displeyi yaradılıb

Cənubi Koreyanın “LG Display” şirkəti dünyada ən böyük elastik və şəffaf displey yaradıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, şirkətin yaydığı məlumata görə, 77 düymlük yeni displey 3840x2160 piksel təsvir ölçüsü, 40 faiz şəffaflıq əmsalı və 80 millimetrlik əyrilik radiusuna malikdir.

“LG Display” şirkətinin rəsmiləri hesab edirlər ki, yeni həll müxtəlif sahələrdə tətbiq ediləcək. Məsələn, belə displey rəqəmli tablo, intellektual iş stolları, avtomobillər üçün informasiya-əyləncə sistemləri, artırılmış reallıq qurğularında istifadə edilə bilər. Texnologiyanın kommersiya istifadəsi haqda məlumat yoxdur.

Bu şirkət maliyyə dəstəyi 126,2 milyard von (110 milyon dollar) olan “Future Flagship Program” dövlət proqramı çərçivəsində elastik və şəffaf displeylər hazırlayır. Ölkənin Sənaye Nazirliyinin tapşırığı əsasında “LG Display” 2012-ci ildən bu layihəyə rəhbərlik edir. Həmin vaxtdan “LG” şirkəti dəfələrlə öz uğurları haqda məlumat verib.

Şirkət 2014-cü ildə dünyada ilk 18 düymlük elastik “OLED” ekran və eyni ölçülü şəffaf panel yaradıb. 2015-ci ildə “LG” öz həllini təkmilləşdirərək bükülə bilən 18 düymlük ekran nümayiş etdirib. 2015-ci ildə Cənubi Koreya nəhəngi 40 faiz şəffaflıq əmsalına malik 55 düymlük şəffaf ekran təqdim edib.

1news.az

Paylaş:
944

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər