İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub - FOTO

21:43 - 23 / 06 / 2017
İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub - FOTO

İyunun 22-də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evinin açıq səma altındakı kinoteatrında İtaliyada ilk dəfə Azərbaycan film festivalının rəsmi açılışı olub.

Azərbaycanın İtaliyadakı səfirliyindən 1news.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), “Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, “AGI” informasiya agentliyinin, “Azerbaijannews” xəbər portalının təşkilati və informasiya dəstəyi ilə təşkil olunan festivalın açılışında İtaliya hökumətinin və Roma şəhər meriyasının rəhbər şəxsləri, parlamentarilər, ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, İtaliya mədəniyyətinin və kino aləminin tanınmış simaları, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin (KIV) nümayəndələri, habelə kinosevərlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkəmizin zəngin  mədəni irsi, kino ənənələri, Azərbaycan-İtaliya əməkdaşlığında mədəniyyət sektorunun önəmindən danışıb, bu xüsusda Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb. Diplomat İtaliyada ilk dəfə keçirilən Azərbaycan Film Festivalının ölkəmizin tarixi, mədəniyyəti və reallıqları ilə İtaliya ictimaiyyətinin məlumatlandırılmasına və iki ölkənin xalqları arasında əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sektorunda mövcud olan yaxın əlaqələrdən danışıb. O, bu əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun önəmli rolunu vurğuIayıb. Azərbaycanın kino mədəniyyətinin tarixi barədə də məlumat verən Milli Məclisin deputatı İtaliyada ilk dəfə keçirilən Azərbaycan Kino Festivalının əhəmiyyətini yüksək dəyərləndirib.

Gürcüstanın İtaliyadakı səfiri Karlo Sikharulidze Gürcüstan ilə Azərbaycanın yaxın qonşu və strateji tərəfdaşlığını, xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcudluğunu, “Əli və Nino” romanının qəhrəmanları olan iki gənc arasındakı məhəbbətin bunun ən bariz nümunəsi olduğunu deyib. Azərbaycan Kino Festivalının məhz “Əli və Nino” filminin nümayişi ilə başlamasından məmnun olduğunu söyləyən səfir festivala uğurlar arzulayıb.

Məşhur italyan rejissoru və ssenaristi, Oskar və Bafta mükafatları laureatı Cianni Kuaranta ölkəmizin zəngin tarixi-mədəni irsi, ənənələri, inkişafı, Bakının gözəllikləri barədə məlumat verib. Azərbaycan və İtaliya arasında əlaqələrin dərinləşməsinə kino sektorunun verə biləcəyi töhfələrdən bəhs edən C.Kuaranta Azərbaycan Kino Festivalına uğurlar arzulayıb, bu tədbirin gələcəkdə kino sahəsində iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi üçün də imkanlar açacağına ümidvar olduğunu bildirib. “Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” adlı kitabın müəllifi italyan professor Romolo Erkolino “Əli və Nino” romanının müəllifi Əsəd bəyin həyatından bəhs edib.

Sonra festivala həsr edilmiş videoçarx təqdim edilərək festival açıq elan olunub. “Əli və Nino” filminin nümayiş ilə festivala start verilib. İyunun 24-nə qədər davam edəcək festivalda əlavə olaraq altı bədii (“Hökmdarın taleyi”, “Nabat”, “İçəri şəhər”, “Pərdə”, “Yarımçıq xatirələr”, “Həddən artıq uyğunluq”) və 2 sənədli (“Bir günəş altında”, “Əbədi ezamiyyət”) filmlərimiz italyan dilində alt yazılarla nümayiş olunacaq.

1news.az

Paylaş:
842

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər