Hüseyn Bağırov Balakəndə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyn Bağırov Balakəndə vətəndaşları qəbul edəcək

22:16 - 23 / 06 / 2017
Hüseyn Bağırov Balakəndə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 6 iyul tarixində Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 40) vətəndaşları qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, saat 10:00-da başlayacaq qəbulda Balakənlə yanaşı Qax, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşlar iştirak edə biləcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Zaqatala şəhəri, Nizami 40, əlaqə telefonları: 050-376-28-89, 050-781-12-81, 022-3-08-63) xahiş olunur.

1news.az

Paylaş:
886

Son xəbərlər

Bütün xəbərlər