Suriyada İŞİD-in əsas maliyyəçisi məhv edilib | 1news.az | Xəbərlər
Dünya

Suriyada İŞİD-in əsas maliyyəçisi məhv edilib

22:58 - 23 / 06 / 2017
Suriyada İŞİD-in əsas maliyyəçisi məhv edilib

Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən İŞİD terror qruplaşmasının əsas maliyyəçilərindən biri Favvaz Məhəmməd Cübeyr ər-Raui məhv edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə koalisiya qüvvələri komandanlığının bəyanatında bildirilir.

Məlumata əsasən, Cübeyr ər-Raui  iyunun 16-da hava zərbəsi nəticəsində öldürülüb. Onun terror aktlarının törədilməsi üçün  milyonlarla dollar pul köçürdüyü, terrorçuların vəsaitlərinin digər ölkələrə ötürdüyü, xaricdən pul aldığı bildirilir.

Qeyd edək ki, 2016-cı ilin dekabrında ABŞ Maliyyə nazirliyi ər-Rauiyə qarşı sanksiya tətbiq etmişdi.

1news.az

Paylaş:
998

Son xəbərlər

Bütün xəbərlər