Fransa millisinin keçmiş üzvü “Qəbələ”də | 1news.az | Xəbərlər
Futbol

Fransa millisinin keçmiş üzvü “Qəbələ”də

23:25 - 23 / 06 / 2017
Fransa millisinin keçmiş üzvü “Qəbələ”də

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

1news.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, fransalı Stiven Jozef-Monroz yeni mövsümdən təmsilçimizin şərəfini qoruyacaq. 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Sağ cinah vingeri kimi çıxış edən Jozef-Monroz “Bondi”, “Lievin” və “Lans” klublarının yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edib.

2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu 2011-ci ilədək “Lans”ın formasını geyinib. 2010-cu ildə “Şatoru”ya icarəyə verilən yarımmüdafiəçi Belçikada da legioner həyatı yaşayıb. O, “Kortriyk” (2011-2012) və “Genk”in (2012-2015) uğurları üçün çalışıb. Cinah oyunçusu 2012/13 mövsümündə Belçika kubokunun qalibi adını qazanıb, 2011/12 mövsümündə isə finalçısı olub.

Qeyd edək ki, Jozef-Monroz 2015-2017-ci ildə Fransada “Brest”də çıxış edib. Yarımmüdafiəçi 2007-2012-ci illərdə ölkəsinin milli komandalarına cəlb olunub. Stiven Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub.

1news.az

Paylaş:
1113

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər