Formula 1 yarışlarında üçüncü sərbəst yürüşün nəticələri
Bakıda keçirilən Formula 1 yarışlarında üçüncü sərbəst yürüş başa çatıb.
1news.az xəbər verir ki, bu mərhələni "Mercedes" komandasının pilotu Valtteri Bottas lider başa vurub.
O 1:42.742 dəqiqə nəticə göstərib.
İkinci nəticəni "Ferrari" pilotu Kimi Raikkonen (1:42.837), üçüncü nəticəni digər "Mercedes" pilotu, hazırkı dünya çempionu Lyuis Hemilton (1:43.158) göstərib.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
1news.az