Pakistanda terror aktları nəticəsində ölənlərin sayı artıb
Pakistan törədilən üç terror aktı nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.
1news.az bu barədə "Associated Press"ə (AP) istinadən xəbər verir.
Bundan terror aktları nəticəsində 61 nəfərin öldüyü bildirilib.
Paraçinar şəhərində törədilən partlayışlar nəticəsində 55 nəfər dünyasını dəyişib.
Yerli xəstəxananın nümayəndəsi deyib ki, tibb ocağına indiyədək 260 nəfər müraciət edib ki, onların əksəriyyətinin vəziyyəti kritikdir.
Həmin gün Belucistanın Kvetta şəhərində avtomobilin partladılması nəticəsində 14 nəfər dünyasını dəyişib.
Karaçi şəhərində isə silahlı insident nəticəsində 4 asayiş keşikçisi ölüb.
1news.az
852