Yasamalda qətl törədilən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda qətl törədilən şəxs tutulub

17:28 - 24 / 06 / 2017
Yasamalda qətl törədilən şəxs tutulub

Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilmiş ağır cinayətin üstü "isti izlər"lə açılıb. 

1news.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir.

Belə ki, iyunun 22-də saat 23:30 radələrində  naməlum şəxs (şəxslər) tərəfindən Yasamal rayonu, Əbilov küçəsi 72 saylı ünvanda yaşayan 1989-cu il təvəllüdlü Mahirə Əliyevanın qəsdən öldürülməsi, 1967-ci il təvəllüdlü Mətanət Həsənovanın və sonuncunun oğlu 1991-ci il təvəllüdlü Laçın Həsənovun qəsdən öldürülmələrinə cəhd etmələri faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Rayon polis idarəsi və prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədov Sənan İlham oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaqla müəyyən edilib ki, S.Məmmədov əvvəllər ər-arvad kimi yaşadığı Mahirə Əliyevaya bir müddət əvvəl saxlamaq üçün verdiyi 415 manat məbləğində pulu geri ala bilməməsindən əsəbiləşərək qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib və üç nəfər tanışı ilə sonuncunun müvəqqəti yaşadığı Yasamal rayonu, Əbilov küçəsi 72 saylı ünvana gəlib. O, mənzilə daxil olub, M.Əliyevanı qəsdən öldürmək məqsədi ilə əvvəlcədən özü ilə götürdüyü bıçaqla sonuncuya bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib, onun hərəkətlərinin qarşısını almağa çalışan ev sahibi Mətanət Həsənovanın üstünə hücum edib qəsdən öldürmək məqsədi ilə bıçaqla ona və Laçın Həsənova da xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Qonşuların köməkliyi ilə zərəçəkmişlər xəstəxanaya çatdırılsa da, M.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1news.az

 

 

 

 

Paylaş:
841

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər