Bir neçə pilot Formula 2 yarışlarında qəza törədib
Formula 2 yarışlarında "Prema Racing" pilotu Antonio Fuoko 6-cı dövrədə qəza törədib.
1news.az-a verilən məlumata görə, A.Fuoko "Trident" pilotu Serxio Kanamasası ötməyə çalışarkən qəza nəticəsində bolidin ön qanadını zədələyib.
Bundan başqa, trası digər "Trident" pilotu Nabil Ceffri də tərk edib. O, yeddinci döngədə divara çırpılıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
1news.az