Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərləri Bakı Bəyannaməsini imzalayıblar - MƏTN | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərləri Bakı Bəyannaməsini imzalayıblar - MƏTN

13:15 - 30 / 11 / 2017
Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərləri Bakı Bəyannaməsini imzalayıblar - MƏTN

Azərbaycan, Pakistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Xavaca Məhəmməd Asif, Mövlüd ÇavuşoğluBakıda keçirilən birinci üçtərəfli görüşün yekun bəyannaməsini imzalayıblar.

1news.az  XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bəyannamədə deyilir:

Nazirlər dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə etdilər;

 Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolunu vurğuladılar və üç ölkə arasında tarixi əlaqələri qeyd edərək, qarşılıqlı faydalı əməkdaşlıq baxımından ümumi bazanın və geniş potensialın mövcud olduğunu bildirdilər və regionda sabitlik, təhlükəsizlik və tərəqqinin irəlilədilməsi məqsədilə üçtərəfli tərəfdaşlığın inkişafında qəti maraqlarını ifadə etdilər;

 Dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etdilər və öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğuladılar;

Yerləşdikləri müvafiq regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildirərək, günahsız mülki şəxslərin zərər görməsi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edilməsini qınadılar və bu münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğunu və beynəlxalq hüququn yuxarıda sadalanan prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında siyasi yolla həllini tələb etdiyini vurğuladılar;

İqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması məqsədilə öz dövlətlərinin niyyətlərini  vurğuladılar;

 İqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara aldılar; və birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, gömrük, kənd təsərrüfatı, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman və digər  sahələrdə əməkdaşlığı daha da gücləndirmək qərarına gəldilər;

Üç dövlət arasında enerji sahəsində enerji təchizatı təhlükəsizliyinin artırılması, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və özəl sektora sərmayə qoyuluşu və ticarətin təşviq edilməsi baxımından üçtərəfli enerji dialoqunun əhəmiyyətini qeyd etdilər;

Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına və Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edərək, dəmiryol, magistral və hava uzlaşdırılmasının inkişaf etdirilməsi məqsədilə üçtərəfli əməkdaşlığın vacibliyini qeyd etdilər;

Müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyətini vurğuladılar və bu sahələrdə fəal əməkdaşlığın inkişafına hazır olduqlarını ifadə etdilər;

Müvafiq beynəlxalq alətlər əsasında terrorizm,  ekstremizm və separatizmin  bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qeyri-qanuni istehsalı və alveri; qeyri-qanuni silah ticarəti, insan alveri; miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya; mədəni və tarixi irsə qarşı cinayətlər; çirkli pulların yuyulması; kibercinayətlər və digər transmilli təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha bəyan etdilər;

Xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə sistemi və turizminin gücləndirilməsi, gənclərin mübadiləsi, turizm, idman və digər sahələr də daxil olmaqla, sosial və humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə etdilər;

Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üç qardaş dövlət arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində maraq və hazırlıqlı olduqlarını bildirdilər;

Sülh, sabitlik və inkişaf naminə regional konsensusun inkişafına hədəflənmiş davam edən regional prosesləri vurğulayaraq, “Asiyanın qəlbi-İstanbul Prosesi”nin bu vaxta qədər əldə etdiyini nailiyyətləri qiymətləndirdilər və İstanbul Prosesinə regional siyasi platforma kimi sadiqliklərini və bu çərçivədə etimad quruculuğu tədbirlərinin inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha bəyan etdilər və Əfqanıstanda əfqanların malik olduğu və əfqanların rəhbərlik etdiyi sülh və barışıq prosesinə dəstəklərini bir daha təsdiq etdilər;

Üçtərəfli görüşlərin illik əsasda, əlifba sırası ilə üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi barəsində razılığa gəldilər;

Növbəti üçtərəfli görüşün 2018-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə İslamabadda keçirilməsi barəsində razılığa gəldilər.

P.Sultanova

 

 

 

Paylaş:
596

Son xəbərlər

Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb29 / 06 / 2024, 14:52Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb29 / 06 / 2024, 14:36Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək29 / 06 / 2024, 14:184 saylı doğum evinin mama-ginekoloqu rüşvətə görə işdən çıxarılıb29 / 06 / 2024, 13:46Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib29 / 06 / 2024, 13:22Sabahın hava proqnozu açıqlanıb29 / 06 / 2024, 12:58Bakıda fermadan “Makarov” oğurlanıb, oğru və ferma sahibini polis saxlayıb - FOTO29 / 06 / 2024, 12:36Qubada qanunsuz tikintinin qarşısı alınıb29 / 06 / 2024, 12:22Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri29 / 06 / 2024, 12:06Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapılıb - YENİLƏNİB29 / 06 / 2024, 11:41
Bütün xəbərlər