Elmar Məmmədyarovun həmsədrlər və Nalbandyanla görüşünün vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarovun həmsədrlər və Nalbandyanla görüşünün vaxtı açıqlanıb

13:23 - 30 / 11 / 2017
Elmar Məmmədyarovun həmsədrlər və Nalbandyanla görüşünün vaxtı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşünün vaxtı açıqlanıb.

1news.az xəbər verir ki, E. Məmmədyarov bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında bildirib ki, görüş dekabrın 6-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Nazir bildirib ki, Azərbaycan bu görüşə razılıq verib: “Biz həmişə deyirik ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları  davam etdirəcək".

1news.az

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər