Məleykə Əsədovanın Ramiz Məlikə qarşı qaldırdığı iddia üzrə məhkəmə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Əsədovanın Ramiz Məlikə qarşı qaldırdığı iddia üzrə məhkəmə başlayıb

14:10 - 30 / 11 / 2017
Məleykə Əsədovanın Ramiz Məlikə qarşı qaldırdığı iddia üzrə məhkəmə başlayıb

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

1news.az  APA-ya istinadla xəbər verir ki, məhkəmədə anket məlumatlar dəqiqləşdirilib.

 Məhkəmə baxışı dekabrın 19-na təyin edilib.

R.Məlik APA-ya açıqlamasında barışıq tərəfdarı olduğunu deyib.

Qeyd edək ki, M. Əsədova həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

 Buna səbəb Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.

1news.az

 

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər