Malayziyanın Perlis vilayətinin şahzadəsi BANM-da olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Malayziyanın Perlis vilayətinin şahzadəsi BANM-da olub - FOTO

16:22 - 30 / 11 / 2017
Malayziyanın Perlis vilayətinin şahzadəsi BANM-da olub - FOTO

Malayziyanın Perlis vilayətinin şahzadəsi, UniMap Universitetinin rektoru Tuanku Sied Fayzuddin Putra rəhbərlik etdiyi nümayəndə heyəti və seçilmiş tələbə qrupu ilə birgə Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az -a verilən məlumata görə, Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları BANM-in yeni kampusunda qarşılayaraq salamlayıb, daha sonra tərəflər arasında rəsmi görüş keçirilib. Görüş zamanı Putra UniMap-in rəhbər nümayəndələrini təqdim edib və universitetin fəaliyyətindən bəhs edib. Dünyanın 34 ölkəsindən 1000 xarici tələbənin UniMap-də təhsil aldığını vurğulayan rektor BANM-in də tələbələrini bu sirada görmək istədiyini bildirib.

Ali Məktəbin rektoru Elmar Qasımov qonaqlara BANM-in yaranma tarixi, fəaliyyəti və uğurlarından danışıb, tərəflər arasında “Tələbə mübadilə proqramı” və eyni zamanda UniMap-in “Mobility Program”ı əsasında əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Daha sonra rektorlar hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin olduğu “Senat” otağında görüşü davam etdirərək, iki ölkə arasında təhsil sahəsində olacaq gələcək əməkdaşlıqdan danışaraq tələbələri motivasiya ediblər. BANM-in tələbələri UniMap universiteti haqda film izləyərək onu daha yaxından tanıyıblar və öz suallarını həmin universitetin rektoru, şahzadə Putraya ünvanlayıblar.

Rektor Elmar Qasımov hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin iştirakı ilə cənab Putraya Bakı Ali Neft Məktəbinin Fəxri qonağı plaketini təqdim edib.

BANM və UniMap-in tələbələri isə bir-birilə yaxından tanış olub və müzakirələr aparıblar.

1news.az  

Paylaş:
710

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər