OPEC+ sazişinin müddəti 2018-ci ilin sonunadək uzadılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

OPEC+ sazişinin müddəti 2018-ci ilin sonunadək uzadılıb

17:22 - 30 / 11 / 2017
OPEC+ sazişinin müddəti 2018-ci ilin sonunadək uzadılıb

Mövcud OPEC+ sazişinin müddəti daha doqquz ay, yəni gələn ilin sonunadək uzadılıb.

1news.az  xəbər verir ki, OPEC nümayəndələrinin sözlərinə görə, OPEC+ ölkələrinin nazirlərinin 3-cü iclasında bu barədə qərar qəbul edilib. İclasda bazarda hələ ki tarazlığın yaranmadığı qeyd olunub.

Xatırladaq ki, bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Mövcud OPEC+ sazişinin müddəti gələn il martın 31-də sona çatır.

1news.az  

Paylaş:
738

Son xəbərlər

Bütün xəbərlər