Mövlud Çavuşoğlu: “Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa getmək cinayətdir” | 1news.az | Xəbərlər
Siyasət

Mövlud Çavuşoğlu: “Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa getmək cinayətdir”

17:48 - 30 / 11 / 2017
Mövlud Çavuşoğlu: “Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa getmək cinayətdir”

“Dörd vətəndaşımızın Türkiyə və Azərbaycanın xəbəri, məlumatı olmadan Dağlıq Qarabağa getməsini öyrənəndə biz də çox məyus olduq”.

1news.az  APA-ya istinadla xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır və Azərbaycan torpaqlarına qanunsuz daxil olmaq cinayətdir: “Xüsusilə Qarabağla bağlı həssas bir durum var. Qarabağ digər 7 rayon kimi işğal altında olan Azərbaycan torpağıdır. Bu səbəblə Azərbaycanda cinayət işi başladılanda, Türkiyədə də cinayət işi başlandı. Hüquqi proses başladı. Prokuror bu adamları niyə icazə almadan getdikləri ilə bağlı sorğuya çağırdı. Proses davam edir. Bu müddətdə həmin 4 şəxs mənə zəng etdilər və bu əməlin cinayət olduğunu və icazə almalı olduqlarını bilmədiklərini dedilər. Mən də bildirdim ki, bunu Azərbaycana deyin. Bu, bir cinayətdir. Nəticədə səfər edən şəxslər orta məktəb şagirdləri deyillər. Orada da Azərbaycanı müdafiə etdiklərini, Xocalı faciəsini qaldırdıqlarını və Qarabağ məsələsində Azərbaycanı dəstəklədiklərini bildirdilər. Amma qanunsuz şəkildə oraya getmələri bir cinayətdir. Nəticədə günahkar olduqlarına, icazə almalı olduqlarını bilmədiklərinə və orada da Azərbaycanı müdafiə etdiklərinə dair Azərbaycana bir məktub yazdılar. Bu, müsbətdir. Amma hüquqi proses başlayıb. Bu bir dərs olsun. Bir də heç kəs Azərbaycan torpağı olan Qarabağa Azərbaycanın icazəsi olmadan getməsin. Biz də, Azərbaycan da bunu qəbul edə bilməz. Bizim mövqeyimiz budur. Bu, həm də dövlətimizin, millətimizin mövqeyidir”.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup şəxs - jurnalistlər Əli Bayramoğlu və Səid Çətinoğlu, sabiq millət vəkili Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb, bu şəxslər beynəlxalq axtarışa verilib.

1news.az

Paylaş:
614

Son xəbərlər

RİNN-in saytında COP 29-la bağlı bölmə yaradılıb04 / 11 / 2024, 17:52İstanbulda “Səninləyik, Türkiyə” kitabının təqdimatı keçirilib04 / 11 / 2024, 17:50İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək04 / 11 / 2024, 17:47Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi04 / 11 / 2024, 17:31Rəşad Məcid: “Yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırılıb”04 / 11 / 2024, 17:23Maya Sandu 55,41 faiz səslə qalib gəlib04 / 11 / 2024, 17:14Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür04 / 11 / 2024, 17:12ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq04 / 11 / 2024, 17:10AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb04 / 11 / 2024, 16:52Bakıda restoranda yanğın olub04 / 11 / 2024, 16:45Mastercard və ABB dayanıqlılıq hakatonuna başlayır04 / 11 / 2024, 16:24COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək - RƏSMİ04 / 11 / 2024, 16:22ADY ötən ilin rekordunu təzələyir - 6,9 milyondan çox sərnişin daşınıb04 / 11 / 2024, 16:09Leysan yağacaq, çaylardan sel keçəcək - Növbəti iki günlə bağlı XƏBƏRDARLIQ04 / 11 / 2024, 15:52Xəzərdə Azərbaycan-İran birgə təlimi keçirilib - FOTO04 / 11 / 2024, 15:42Hərbi prokuror hərbi qulluqçularla görüşüb04 / 11 / 2024, 15:36İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb04 / 11 / 2024, 15:19Dönərin bişirildikdən sonra yararlılıq müddəti 12 saata qədər müəyyən edilib04 / 11 / 2024, 14:24YPX avtomobilləri də texniki baxışdan keçirildi - VİDEO04 / 11 / 2024, 14:10Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarıldı04 / 11 / 2024, 14:02
Bütün xəbərlər