Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına fəxri ad verilib | 1news.az | Xəbərlər
Rəsmi

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına fəxri ad verilib

18:46 - 30 / 11 / 2017
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına fəxri ad verilib

Prezident İlham Əliyev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

Əliyeva Bəstixanım İsgəndər qızı

Əliyeva Ruhəngiz Ağabala qızı

Quliyeva Sima Əhməd qızı

Sadıxova Nairə Hafiz qızı

Tağıyeva Xatirə Sətdar qızı”.

1news.az

Paylaş:
684

Son xəbərlər

Bütün xəbərlər