“Qarabağ” – “Neftçi” oyununa hakim təyinatı açıqlandı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” – “Neftçi” oyununa hakim təyinatı açıqlandı

19:14 - 30 / 11 / 2017
“Qarabağ” – “Neftçi” oyununa hakim təyinatı açıqlandı

Topaz Premyer Liqasının 14-cü turunda sabah keçiriləcək “Qarabağ” – “Neftçi” oyuna hakim təyinatı açıqlanıb.

1news.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, matçın baş hakimi Fariz Yusifov olacaq. Ona Vaqif Musayev və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” görüşü sabah saat 18:30-da başlayacaq.

1news.az

Paylaş:
745

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər