“Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı” təqdim edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı” təqdim edilib

20:42 - 30 / 11 / 2017
“Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı” təqdim edilib

“Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı” təqdim olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı"nın, 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin və "Azərbaycan iqtisadiyyatının Strateji Yol Xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransın tövsiyələrinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə razılaşdırılmaqla "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim strategiyası və ona uyğun təlim Proqramı" hazırlanıb.

Auditorlar Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatası və "Headstart International" Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 30-da "Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı"nın təqdimatı keçirilib.

Auditorlar Palatasının sədri Vahid Novruzov qeyd edib ki, məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə və şəffaflığın artırılmasına xidmət edəcək bu proqram çərçivəsində müvafiq dövlət qurumlarının, kommersiya təşkilatlarının, ictimai birliklərin, bankların, holdinqlərin və sair mütəxəssisləri üçün kursların keçirilməsidir. O diqqətə çatdırıb ki, Auditorlar Palatası "Headstart International" Tədris Mərkəzi ilə sıx əməkdaşlıq edir. Yaxın vaxtlarda Tədris Mərkəzinin tədris kursları fəaliyyətə başlayacaq.

MBNP-nin baş icraçı direktorunun müavini, strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov proqramın əhəmiyyətindən danışıb. O qeyd edib ki, gələn ildən yeni mühasibatlıq standartlarına keçiləcək. Bunun üçün beynəlxalq qurumlarla əməkdaşlıq edirik. Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üçün bir sıra addımlar atılır. Bunlardan biri “Nağdsız hesablaşmalar haqqında” qanunun tam tətbiqidir. Bundan başqa, maliyyə sektorunun iştirakçıları korporativ idarəetmə standartlarına uyğun olaraq maliyyə hesabatlarını açıqlayırlar ki, bu da şəffaflığa xidmət edir.

"Headstart International" Təlim Mərkəzinin rəhbəri Seyid Əli bildirib ki, təmsil etdiyi qurum gələn ilin yanvarından Auditorlar Palatası və MBNP-nin nəzarəti altında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda təlimlər aparacaq. 2010-cu ildən fəaliyyətə başlayan, müştərilərə maliyyə və mühasibatlıq, vergi uçotu, menecment və xarici dillər üzrə təlimlər təqdim edən "Headstart International" indiyədək Azərbaycanda 15 mindən çox tələbəyə təlim keçib.

Çıxış edən digər natiqlər proqramın korrupsiyaya qarşı mübarizədə, eləcə də şəffaflığın artırılmasında önəmli rol oynayacağını diqqətə çatdırıblar.

Sonra "Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı"nın təqdimatı olub.

1news.az

Paylaş:
778

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər